Azərbaycan vətəndaşları Türkiyədən 6 mln. manata yaxın alış-veriş edib

5 İyun, 11:31

Xarici ölkə vətəndaşlarının Türkiyədə etdiyi alış-verişin həcminə görə Azərbaycan vətəndaşları ilk onluqdadır.

VOİCEPRESS xəbər verir ki, “Global Blue – Türkiye”nin açıqladığı hesabatda azərbaycanlıların bu siyahıda 6-cı pillədə olduğu öz əksini tapıb.

Belə ki, cari ildə Türkiyəyə Azərbaycan vətəndaşları qardaş ölkədə 11 mln. 800 min türk lirəsi (5 mln. 700 min manat) həcmində alış-veriş ediblər.

Bu il ərzində Türkiyədə ən çox alış-veriş edən xarici ölkə vətəndaşları isə Səudiyyə Ərəbistanındandır. Belə ki, bu ölkənin sakinləri Türkiyədən 31,9 mln. lirə (15,4 mln. manat) həcmində ticari əməliyyat həyata keçiriblər. Alış-verişin həcminə görə, 24,5 mln. lirə (11,9 mln. manat) ilə Küveyt siyahıda ikinci, 21 mln. lirə ilə (10,1 mln. manat) İran üçüncü yerdə qərarlaşıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here