Avropa Yenidənqurma və İnkişaf Bankının TANAP-a kredit ayıracağı gözlənilir

10 İyun, 11:27

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yaxın aylarda Transanadolu qaz kəməri (TANAP) layihəsi üçün 500 milyon dollar kredit ayırması barədə qərar qəbul edəcəyi gözlənilir.

Bu məlumat VOİCEPRESS-ə bankdakı mənbədən verilib.

Məlumata görə, AYİB tərəfindən maliyyələşən bütün layihələrin müəyyən meyarlara uyğunluğu tələb olunur.

Qeyd edək ki. TANAP-la əlaqədar meyarlara ekoloji və sosial standartlara uyğunluq, o cümlədən əhalinin sağlamlığının, təhlükəsizliyinin, boru kəmərinin marşrutu boyunca biomüxtəlifliyin mühafizəsi daxildir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here