Aİ-nin komissarı Yohannes Han Bakıya səfər edəcək

12 İyun, 16:00

“Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar prosesində iştirak etmək üçün Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han iyunun 15-də Bakıya səfər edəcək”.

VOİCEPRESS xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikserlə birgə mətbuat konfransı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, estoniyalı həmkarı ilə görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığı məsələləri müzakirə olunub:

“Hesab edirik ki, biz Aİ ilə danışıqlar prosesinin sürətlənməsi üçün düzgün yoldayıq və uğur qazanacağımıza ümid edirik”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here