Yeni Huawei planşetləri təqdim ediləcək

27 May, 09:11

Çinin “Huawei” şirkəti “Honor Play Tab 2” planşet kompüterlərinin təqdimatına hazırlaşır.

VOİCEPRESS ICTnews-a istinadən bildirir ki, 8 və 9,6 düym diaqonallı modellərdən ibarət qurğuların “IPS” ekranlarının təsvir ölçüsü 1280×800 piksel təşkil edir. Qabarit və çəkidən başqa modellər digər xüsusiyyətlərinə görə tam oxşardır. 1,4 qiqahers takt tezlikli dördnüvəli “Snapdragon 425” prosessorunun quraşdırıldığı planşetin operativ yaddaşı 2 və ya 3 qiqabayta, quraşdırılmış yaddaşı 16 və ya 32 qiqabayta bərabərdir. Həmçinin, yalnız “Wi-Fi” və ya “4G/LTE” şəbəkələrini dəstəkləyən versiyalar mövcuddur.

Kameralarının təsvir ölçüsü 5 və 2 meqapiksel təşkil edən planşetlərin korpusunda “microSD” yaddaş kartı üçün çıxış, “Bluetooth 4.1” və “GPS” modulları quraşdırılıb. Akkumulyatorun tutumu 4800 milliamper/saat təşkil edir. Kiçik versiyanın qabarit ölçüləri 211,07×124,65×7,95 mm, çəkisi 350 qram, böyük versiyanın müvafiq olaraq 229,8×159,8×7,95 mm və 460 qramdır. Modellər “EMUI 5.1” interfeysli “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Qurğuların satışına iyunun 1-dən etibarən başlamaq nəzərdə tutulur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here