Yeni doğulan uşağın çəkisi 7,39 kq-dır

10 May, 16:14

Dünyanın ən kök uşağı Yeni Zelandiyada doğulub. VOİCEPRESS-in məlumatına görə, Vellington xəstəxanasında doğulan körpənin çəkisi nə az, nə çox düz 7 kq 39 qramdır. Doğulan körpə oğlandır.

Qeysəriyyə əməliyyatı üç saat davam edib. Yeni doğulan uşağın boyu isə 57 sm-dir.

Adlarının açıqlanmasını istəməyən ailə uşağın sağlam olduğunu bildirib. “Biz onun pianoçu olmasını istərdik”, yaxınlarının hamısını uşağı idmançıya bənzətdiyini deyən ata arzusunu açıqlayıb.

Maraqlıdır ki, bu ailənin ikinci uşağıdır. İlk körpənin çəkisi də 5,4 kq olub.

Bu zamana kimi ölkənin ən ağırçəkili körpəsi 2014-cü ildə doğulan 6,85 kiloqramlıq uşaq hesab edilirdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here