YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib

6 May, 14:06

Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib.

VOİCEPRESS bildirir ki, Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş konfrans iştirakçıları ilk öncə ümummilli liderin məzarını ziyarət ediblər, ulu öndərin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra konfrans məruzələrlə davam edib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədovun, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun məruzələri dinlənilib. Konfrans digər iştirakçıların məruzələri ilə davam edib.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here