Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qüdsə Dəstək Fondunun toplantısında azanla bağlı İsrailə “Azan qadağasının gündəmə gəlməsi utandırıcıdır. Qüds səmalarında azanın susdurulmasına icazə verməyəcəyik” mesajı iki ölkə arasında gərginliyə səbəb olub.
VOİCEPRESS “qafqazinfo”-ya istinadən xəbər verir ki, Türkiyənin Tel-Əvivdəki səfiri Kamal Ökəm İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
VOİCEPRESS “qafqazinfo”-ya istinadən xəbər verir ki, Türkiyənin Tel-Əvivdəki səfiri Kamal Ökəm İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
“Jerusalem Post” qəzetinə danışan israilli diplomatik mənbələrin sözlərinə görə, məhz baş nazir Benjamin Netanyahunun tələbinə görə İsrail XİN rəhbərinin müşaviri Yuval Rotem K. Ökemi bu ölkənin bəyanatını ona çatdırmaq üçün quruma çağırıb.
VOİCEPRESS.AZ