1 May – Beynəlxalq Əmək Günü ilə əlaqədar olaraq, İstanbulda bir sıra bərə səfərləri, metro stansiyaları, bəzi avtomobil yolları, o cümlədən Taksim meydanına gedən yollar bağlanıb.
VOİCEPRESS xəbər verir ki, səhər saatlarında Taksimdə əllərində plakat tutaraq şüarlar səsləndirən 2 qadın saxlanılıb.
Hazırda şəhərin bir çox istiqamətlərində 1 May münasibətilə gözlənilən yürüşlərə görə polis təhlükəsizlik tədbirlərini gücləndirib.
VOİCEPRESS.AZ