İslamiadada iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Bakıdadır

11 May, 14:18

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Azərbaycana gəlib və atletlər kəndində yerləşib.

VOİCEPRESS-in məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvü Könül Nurullayeva İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu gün isə 8 ölkənin idmançılarının gəlişi gözlənilir.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here