ISESCO-nun baş direktoru: “Asan İmza” dünyada Azərbaycan brendi kimi tanınır

6 May, 15:27

“Asan İmza” dünyada Azərbaycan brendi kimi tanınır.

VOİCEPRESS xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, bunu mərkəzlə anlaşma memorandumu imzalayan ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

Əbdüləziz bin Osman əl-Tuveycri Rəqəmsal Ticarət Qovşağı və Asan İmzanın əhəmiyyətindən danışıb: “Azərbaycan sülh ölkəsidir. Başqa ölkələrdə insanlar qorxu içində yaşayır. Onlar hər zaman başlarına bomba düşəcəyindən qorxurlar. Amma Azərbaycana gələndə onlar sülh və qayğıkeşlik görürlər. Biz Bakıda konfransda iştirak etdik. Azərbaycan İslam ölkələri arasında xüsusi nüfuza malikdir. Azərbaycan dünyadakı texnoloji yenilikləri təqdim edir. Bu sahədə pionerdir. Mən düşünürəm ki, “Asan İmza” artıq Azərbaycanın brendidir. Bu brendi dünyaya yaymaq lazımdır. Hesab edirəm ki, İslam ölkələri gələcəkdə bu təcrübəni bölüşəcək ki, bu da Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin gücləndirilməsi baxımından çox əhəmiyyətlidir”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here