Ermənistanda səs-küylü “İqla” işinə görə 3 aydır həbsdə olan Samvel Babayanın həbs müddətinin uzadılması haqda qərar etiraz doğurub. Qərardan apellyasiya şikayəti verilib.
VOİCEPRESS erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Haykakan Jamanak”a Babayanın vəkili Aveds Kalaşyan bildirib. Vəkil deyib ki, Apellyasiya Məhkəməsindən Babayanın azadlığa buraxılması tələb edilir.
Vəkil hazırda cinayət işi üzrə yeni məlumatın olmadığını qeyd edib. Onun sözlərinə görə, Babayanın sağlıq durumu normaldır.
Xatırladaq ki, Samvel Babayan martın 20-da Ermənistana “İqla” zenit raket kompleksinin gətirilməsi faktına görə ittiham edilərək həbs olunub.
VOİCEPRESS.AZ








