İrəvanda Avropa Birliyinin (AB) nümayəndə heyətinin başçısı Pyotr Svistalki heyətin qrant proqramının koordinatoru Marine Papyanın həbsini şərh edib.
VOİCEPRESS-in məlumatına görə, Marine Papyan xüsusi iri miqdarda qrant vəsaitlərini oğurlamaqda günahlandırılır.
VOİCEPRESS-in məlumatına görə, Marine Papyan xüsusi iri miqdarda qrant vəsaitlərini oğurlamaqda günahlandırılır.
Ermənistan İstintaq Komitəsi bu barədə bu yaxınlarda məlumat yayıb. Pyotr Svistalki bu məsələdə Ermənistan İstintaq Komitəsinin Möhtəkirliyə qarşı Avropa ofisi (OLAF) ilə əməkdaşlığını məsləhət görüb.
“Bu məsələdə indidən qərar vermək doğru olmaz, çünki istintaq gedir. Günahsızlıq prezumpsiyasını həmişə nəzərə almaq lızımdır”, – deyə Svitalski vurğulayıb.
Onun sözlərinə görə, bu məsələ AB nümayəndə heyəti tərəfindən açılıb: “AB əlində olan bütün məlumatları OLAF-a verib”.
VOİCEPRESS.AZ