Qvatemala mülki müdafiə xidməti 300 nəfərdən çox adamı təlxiyyə edib və Fueqo vulkan püskürməsi təhlükəsi üzündən narıncı təhlükə səviyyəsi elan olunub.
VOİCEPRESS bildirir ki, bu haqda EFE agentliyi xəbər verir.
Fəlakət riskinin azaldılması üzrə Milli koordinasiya şurasının məlumatına görə, narıncı təhlükə səviyyəsi ölkənin bir sıra bələdiyyələrində elan edilib.
Məlumata görə, 10 təhsil müəssisəsində dərslər ləğv edilib.
Qeyd edək ki, paytaxtdan 45 kilometr cənub-qərbində yerləşən Fueqo ölkədə olan üç aktiv vulkandan biridir.
VOİCEPRESS.AZ