Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Avropa Şurasının Türkiyə ilə bağlı qərarına etiraz edib, qərarı kəskin qınayıb və “AŞPA-nın müsəlman ölkələrinə qarşı ikili standartları təəssüf doğurur” deyib.
VOİCEPRESS xəbər verir ki, bu gün MM-in iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva AŞPA-nın Türkiyə ilə bağlı çıxardığı son qərarı qınayıb və “AŞPA-nın qardaş Türkiyəyə qarşı bu cür qərəzli ədalətsiz yanaşması böyük təəssüf doğurur” deyib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Avropa Şurası və AŞPA-da müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmalar böyük təəssüf doğurmaqla yanaşı, narahatverici bir haldır:” Azərbaycan olaraq qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu qərarı qınayırıq. Azərbaycan AŞPA-nın ikili standartları ilə sıx-sıx üzləşən bir ölkədir, təəssüf ki, AŞPA terrorla mübarizədə, işğalçılara qarşı mübarizədə heç zaman Azərbaycana dəstək vermədi və bu gün də terrorla mübarizə aparan Türkiyəyə dəstək vermir, tam əksinə terrorla mübarizə aparan Türkiyəyə qarşı ədalətsiz qərarlar qəbul edir. Avropa Şurasının prinsiplərinə görə bir üzv ölkə heç bir zaman digər üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz, amma AŞPA-nın üzvü olan işğalçı Ermənistan digər bir üzv ölkə Azərbaycanın torpaqlarını işğalda saxlamaqda davam edir, amma AŞPA Ermənistana qarşı heç bir ciddi təzyiq mexanizmlərinə əl atmır. Eyni zamanda Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana heç bir təzyiq göstərmir. Azərbaycan və Türkiyə AŞPA-nın ikili standartlardan əl çəkməsinin vacibliyini hər zaman AŞPA tribunasından səsləndirir və çağırış edir. Təəssüf ki, qardaş Türkiyəyə qarşı qəbul edilən bu qərar təşkilatda bu istiqamətdə vəziyyətin daha da pisləşdiyini göstərir. Azərbaycan və Türkiyə dövlət və milli maraqları hər şeydən üstün tutaraq, bu təşkilatın ədalətsiz yanaşmasını qəbul etmir və etməyəcək və AŞPA-nın ikili standartlardan yanaşan ədalətsiz qərarlarını qınayır və hər zaman qınayacaq. Qardaş Türkiyənin və onun terrorla mübarizəsini dəstəkləyərək AŞPA-nın Türkiyə əleyhinə qərəzli və ədalətsiz yanaşmasını qınayaraq, bunu bütün platformalarda geniş səsləndirməliyik. Azərbaycan və Türkiyədəki insanlarımız bilməlidirlər ki, AŞPA-nın bu cür qərarları ədalətsizdir və müsəlman ölkələrinə qarşı ikili standartlar təəssüf ki getdikcə daha da güclənir. Bu isə Azərbaycan və Türkiyədəki vətəndaşların bu təşkilata qarşı yanaşmasına özünün ciddi təsirini göstərir və təşkilat Azərbaycan və Türkiyə vətəndaşlarının bu ikili standartlara etiraz səsini duymalıdır”.

VOİCEPRESS.AZ