Rusiya silahlı qüvvələri istənilən potensial təcavüzü dəf etməyə hazırdır. VOİCEPRESS xəbər verir ki, bu sözləri Qələbə Günü münasibətilə keçirilən paradda Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz hər zaman ölkəmizi qorumağa hazırıq necə ki, bunu illər öncə bax bu gün əsgərlərimiz edib. Bizim məqsədimiz vətənpərvərlik ənənələrini qorumaq, vətənə sədaqət nümaytiş etdirməkdir. Ötən müharibədən çıxardığımız dərslər bizi vətənimizi daha da ayıq-sayıq qorumağa sövq edir.”
Prezident çıxışında onu da əlavə edib ki, bu gün dünyada baş verənlər müdafiə gücümüzü artırmağı tələb edir.
VOİCEPRESS.AZ