Pentaqon rəhbərindən Türkiyə ilə bağlı AÇIQLAMA

11 May, 16:15

Türkiyənin baş naziri Binali Yıldırım və ABŞ müdafiə naziri Ceyms Mettis arasında görüş keçirilib.

VOİCEPRESS xəbər verir ki, tərəflər Somali ilə bağlı beynəlxalq konfransın keçirildiyi Londonda bir araya gəlib. Görüş 30 dəqiqə davam edib və mətbuata qapalı olub.

Pentaqonun rəsmi açıqlamasında bildirilir ki, C. Mettis B. Yıldırıma ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyəni qorumaqda qərarlı olduğunu təkrarlayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyadakı kürd qruplaşması YPG-nin silahlandırılması barədə əmr imzalayıb. Bu məsələ Türkiyənin ciddi narazılığına səbəb olub. Çünki Türkiyə YPG-ni terror təşkilatı sayır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here