Müdafiə naziri yeni silahlar üçün Türkiyəyə getdi

8 May, 13:22

Azərbaycanın müdafiə naziri Zakir Həsənov “İDEF – 2017” sərgisinə qatılacaq. Müdafiə Nazirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Türkiyədə keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edəcək. Artıq nazir İstanbul şəhərinə yola düşüb.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin məhsulları da Türkiyədə nümayiş etdiriləcək. Müdafiə təyinatlı məmulatların sərgisi mayın 9-dan 12-dək olacaq. Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Türkiyədə səfərdə olacaq.

Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

Sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkətin iştirakı gözlənilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here