Məşhur astrofizik daha əvvəllər dünyanın özünü məhv etmə təhlükəsi barədə xəbərdarlıq etmişdi. İndi isə o bildirib ki, insanlar dünyanı 100 il içərisində tərk etməlidirlər.
VOİCEPRESS xəbər verir ki, dünya şöhrətli astrofizik bu barədə BBC kanalına danışıb. O, insanlığın dünyadakı vaxtının qısaldığını bildirib. Onun sözlərinə görə, iqlim dəyişikliyi, astroid toqquşmaları, meteroid yağışları, yoluxucu xəstəliklər və əhalinin həddindən artıq artması dünyanı, bəşəriyyəti yox edəcək.
BBC kanalında yayımlanan sənədli filmdə Stiven və keçmiş tələbəsi Kristof Halfardın bəşəriyyətin kosmosda necə yaşayacağı mövzusunda mübahisə etdiyi qeyd edilir.
Stefan mədəniyyətin başlanğıcından bu günə kimi təcavüzkarlığın həyatda qalmaq üçün çox funksiyalı çıxış yolu olduğunu vurğulayıb:
“Darvinizm fəsəfəsi bir təkamül idi. Ancaq indi, bu təcavüzkarlıq nüvə və ya bioloji müharibə yolu ilə bizi – bütün bəşəriyyəti məhv etmək üzrədir. Bəşəriyyətin məhv olmasını istəməriksə, məntiqimizə və ağlımıza, təcavüzkar hisslərimizə nəzarət etməliyik”.
75 yaşlı astrofizik qeyd edib ki, texnologiyanın sürətlə inkişafı nəzarət altına alınmazsa, dünyanın sonunu məhz yüksək potensiala malik olan texnologiyalar gətirəcək.
Stiven süni zəka və insan oğlunun kosmik mühitlə mədəni ünsiyyət quracağını daha əvvəl vurğulamışdı. Məntiqli və düşünülmüş şəkildə bu problemlə mübarizə aparılmasının vacibliyinə toxunan astrofizik bu istiqamətdə işlərin lazımi qaydalarla aparılması üçün kiçik hökumət yaradılmasını məsləhət görüb.
Ötən aylarda Stiven Houkinq kosmik varlıqların planetimizi kəşf etməsini dünyanın sonunun yaxınlaşması kimi qiymətləndirmişdi. O xəbərdarlıq etmişdi ki, yadplanetlilər bizi ziyarət etmək qərarına gələrlərsə, bəşəriyyətdə vəziyyət Xristofor Kolumbun Amerikanı kəşf etməsi kimi olacaq:
“Bu vəziyyət dünya ölkələrinin heç birinin, xüsusən də Amerikanın yerli əhalisinin heç xoşuna gəlməyəcək”.
VOİCEPRESS.AZ