Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
VOİCEPRESS xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.
VOİCEPRESS xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.
Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.
“Diqqət mərkəzində Suriya nizamlanması olub. Mayın 3-4-də Astanada keçirilmiş beynəlxalq görüşdən sonra Suriyada gərginliyin azalması, atəşkəs rejiminin dayanıqlı rejimə keçirilməsi, terrora qarşı səylərin artırılması müzakirə olunub”, məlumatda deyilir.
Tərəflər həmçinin gələcək Rusiya-ABŞ təmasları barədə razılığa gəliblər.
VOİCEPRESS.AZ