Gümrüdə erməni ailəsini qıran rus hərbçi Rusiyaya aparılır?

10 May, 16:21

Ermənistanın Gümrü şəhərində erməni ailənin 7 üzvünü qətlə yetirən, ömürlük həbs cəzasına məhkum olunmuş rusiyalı hərbi qulluqçu Valeri Permyakov cəzasını Rusiyada çəkə biləcəyi barədə xəbərlər qalmaqala səbəb olub. VOİCEPRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Avetisyan ailəsinin vəkilləri bu qərardan narazı qalıblar. Vəkil Erem Sarkisyanın sözlərinə görə, onlar buna imkan vermək nyyətində deyillər.

Qalmaqallı qətl hadisəsi iki il öncə – 2015-ci il yanvarın 12-də Ermənistanın Gümrü şəhərində baş verib. Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov erməni ailəsinin 7 üzvünü, o cümlədən körpə uşağı amansızcasına qətlə yetirib.

Ömürlük həbs cəzası alan rus hərbçinin cəzasını Rusiyada çəkəcəyi barədə məlumat bir sıra KİV-də yayılıb. Ermənistanın ədliyyə nazirinin müavini Viqen Koçaryan onun cəzasının təşkili ilə bağlı məsələ hələ müzakirə edilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here