Fransanın yeni prezidenti Emmanuel Makron rəhbəri olduğu “En Marche!” (“İrəli”) hərəkatının rəhbəri postundan istefa verib.
VOİCEPRESS RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə sözügedən təşkilatın baş katibi Rişar Feran məlumat verib. O, bildirib:
“Makron son iclasdan sonra təşkilatın rəhbəri vəzifəsini tərk edib”.
Bundan sonra “En Marche!” hərəkatının liderinin səlahiyyətlərini Katerina Barbarus icra edəcək.
VOİCEPRESS.AZ