VOİCEPRESS xəbər verir ki, 97 saniyəlik video çəkiliş zamanı masasının arxasında oturan Netanyahu sənədi səhifələrində və ya ekranlarında yayan dünyanın ən böyük media orqanları CNN, Al Jazeera, New York Times və The Guardian-nı saxta xəbər yaymaqda ittiham edib.
“Həmas dünyaya yalan danışır, ancaq biz özümüzə yalan danışmayacağıq. Həmas qadın və uşaqları öldürür” , – deyən Netanyahu “Elə isə, bu nifrət sənədi hara aiddir?” sualını verir və sonra sözügedən sənədi zibil qabına atır.
Reuters xəbər agentliyi, sənədi zibilə atan Netanyahunun “Öz dövlətlərindən bizim dövlətimizi məhv etmək üçün istifadə edirlər” cümləsini önə çıxarıb.
Qeyd edək ki, 2007-ci ildən bu yana Fələstində Qəzzanı idarə edən Həmas təşkilatı keçən həftə yeni yol xəritəsini müəyyən edən siyasi sənədini açıqlamışdı.
VOİCEPRESS.AZ