Azərbaycanda pensiya yaşının artırılmasını nəzərdə tutan qanun təsdiqləndi

2 May, 14:51

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda edilən dəyişiklikləri təsdiqləyib.
VOİCEPRESS
xəbər verir ki, ölkə başçısı bununla bağlı müvafiq fərman imzalayıb. Fərmanla bu il iyulun 1-dən sonra pensiyaya çıxacaq vətəndaşlar üçün yaş həddi artırılıb.

Qanuna əsasən, polis və hərbi qulluqçular istisna olmaqla bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması qanunda əksini tapıb.

Qanunda pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunub.

Qanunla pensiyanın baza hissəsi də ləğv edilib. Əgər əvvəllər pensiyanın sığorta hissəsi indeksləşdirilirdisə, bundan sonra bütün pensiya məbləği indeksləşdiriləcək.
Xatırladaq ki, bu qanunda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65-ə çatdırılıb. Kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here