18 yaşlı futbolçuya qiymət qoyuldu – 140 milyon

4 May, 11:48

“Monako” “Mançester Yunayted”in Kilian Mbappe üçün təklifini qəbul etməyib.

VOİCEPRESS fanat.az-a istinadla bildirir ki, bu barədə italyan jurnalist Canluca Di Marzio məlumat yayıb.

Onun sözlərinə görə, “Mançester Yunayted” 18 yaşlı futbolçu üçün “Monako”ya 85 milyon avro təklif edib. Lakin Knyazlıq klubu bu məbləğlə razılaşmayıb. Bildirilir ki, “Monako” onu ən azı bir mövsüm komandada saxladıqdan sonra 120-140 milyon avroya satacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here