Türkiyənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səslərin ilkin hesablanması başa çatıb.
VOİCEPRESS Türkiyə KİV-nə istinadən bildirir ki, ilkin məlumata əsasən seçicilərin 51,33 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib.
Qeyd edək ki, seçicilərin 84 faizi səsvermədə iştirak edib.
VOİCEPRESS.AZ







