Toyuq əti bahalaşdı

0
314734

Azərbaycanda toyuq əti bahalaşıb.
VOİCEPRESS
xəbər verir ki, Unikal.org toyuq ətinin qiyməti ilə bağlı son 3 ayın statistikasını araşdırıb. Məlum olub ki, bu ilin yanvar ayında marketlərdə yerli istehsal olan toyuq ətinin 1 kiloqramının qiyməti 3.68 AZN, fevral ayında 3.86 manat, mart ayında isə 4.18 AZN təşkil edib.
Ölkəyə idxal olunan toyuq ətinin də qiymətində artım var. Xaricdən gətirilən toyuq ətinin qiyməti bu ilin yanvar ayında 3.66 AZN, fevral ayında 3.97 AZN, mart aytında isə 4.47 AZN-ə satılıb.
Qeyd edək ki, rəqəmlər Statistika Komitəsinin açıqladığı hesabatlardan götürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here