Şəhid qızı atasının məzarı üstə skripka çaldı – FOTOLAR

0
314304

Bu gün aprel döyüşlərində şəhid olan pilotlarımız mayor Urfan Vəlizadə və mayor Təbriz Musazadənin il mərasimi keçirilib.

VOİCEPRESS xəbər verir ki, anım mərasimində şəhidlərin hərbçi yoldaşları, ailə üzvləri, yaxınları iştirak ediblər.

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov və digər yüksək rütbəli zabitlər də şəhidlərin məzarını ziyarət edib, ailələrinə başsağlığı veriblər.

Könül xanım Urfan Vəlizadənin məzarını ziyarətə gələn hər kəsə təşəkkür edib: “Bura gələn hər kəsə təşəkkür edirəm. Bizi tək qoymadılar. Hərbçi yoldaşları şəhidləri daim diqqətdə saxlayır”.

Şəhidin qardaşı Vidadi Vəlizadə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here