Şəhid anasının oğluna məktubu…

0
314237

Aprel döyüşləri zamanı qəhrəməncasına şəhid olan Axundov Əbdülməcidin anası şəxsi feysbuk hesabında oğluna məktub yazıb. VOİCEPRESS ürəkparçalayan məktubu sizə təqdim edir:

Canım oğlum…ciyərparam mənim…1 il sənsiz…heç bilmədim bu 1 il necə gəldi…günləri sayırdım ki nə vaxt qurtarıb gələcəksən…vaxt keçmirdi heç o zaman…amma sənsiz bu 1 il elə tez gəldi ki…həyatım alt-üst oldu…paramparça oldum canım oğlum…dərdini ağırlıqdan daşımağa gücüm qalmayıb…acını acılıqdan uda bilmirəm….amma səni indi hamı sevir….sənə görə məni hamı tanıyır….bir zaman mən səni danlayanda mənə demişdin”…baxarsan vaxt gələcək sizi mənə görə tanıyacaqlar”…elə də oldu…can bala…özün elə bil taeyini əvvəldən bilirmişsən…Ruhun şad olsun, …Məkanın cənnət olsun…

CƏNNƏTDƏ GÖRÜŞƏNƏDƏK

Qeyd edək ki, Əbdülməcid Axundov 1993-cü ilin 15 oktyabr günündə Sumqayıt şəhərində Nadirşah və Ceyran Axundovaların ailəsində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub. Əsgər Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here