Rusiya XİN-nin İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarovanı Britaniyanın The Sun qəzeti “Rusiyanın yeni seks-simvolu” elan edib.
VOİCEPRESS bildirir ki, qəzetin fikrincə, 41 yaşlı M.Zaxarova Rusiya siyasətində ən aktiv, sosial şəbəkələrdə fəal və “cazibədar” qadındır.
BBC bir qədər əvvəl M.Zaxarovanı “Dünyanın 100 ən nüfuzlu qadını” reytinqinə daxil etmişdi.
Hazırkı vəzifəsinə 2015-ci ildə təyinat almış M.Zaxarova Rusiya XİN-də bu postda çalışan ilk qadındır.
VOİCEPRESS.AZ