Robert Köçəryan Ermənistandakı səsverməyə qatılmadı

0
313818

Ermənistanın sabiq prezidenti Robert Köçəryan 2 aprel parlament seçkilərində səs verə bilməyəcək.

VOİCEPRESS Ermənistan mediasına istinadən xəbər verir ki, bununla bağlı keçmiş prezidentin ofisindən bildirilib. Ofisdən deyilib ki, R.Köçəryan neçə müddətdir ölkə xaricində olduğundan bugünkü seçkilərdə səs vermək imkanında deyil. Amma xəbərdə diqqət çəkən bir məqam da var ki, keçmiş prezident bundan əvvəlki, 2012-ci ildə keçirilən parlament seçkilərində də səsverməyə qatılmayıb.

Bir müddət əvvəl Ermənistanın “Aykakan Jamanak” nəşri Köçəryanın ABŞ-dakı “dəbdəbəli villasında” yaşadığını yazmışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here