İrəvanda seçki qərargahında meyit tapıldı

0
313688

Ermənistanın paytaxtı İrəvanda fövqəladə vəziyyət yaşanıb.

VOİCEPRESS erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 15:45 radələrində binalardan birində qadın cəsədi tapılıb.

Məlum olub ki, meyiti tapılan şəxs 77 yaşlı Suzanna Harutyunyandır.

Araşdırmalara görə, qeyd edilən ofis bir müddət turizm şirkəti tərəfindən istifadə edilib. Lakin, bu günlərdə Ermənistan parlamentinə deputatlığa namizəd olan Arman Sahakyanın seçki qərargahı olaraq fəaliyyət göstərib.

Baş verən hadisədən sonra dərhal namizədin qərargahı oradan köçürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here