Bu gün Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlunun doğum günüdür

0
314750

Bu gün “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlunun doğum günüdür. Qeyd edək ki, Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub.

1982-ci ildə orta məktəbi qurtarıb, 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinə daxil olub və 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunu olub. 2014-cü ildən Bakı Dövlət Univeristetinin Politologiya və Sosiologiya kafedrasının professorudur.

2008-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” Media mükafatına layiq görülüb. 70-ə qədər elmi əsərin, 3 monoqrafiya və 3 dərsliyin, 3 kitab və tədris proqramının, 3 metodik tövsiyyənin 1000-dən çox elmi-kütləvi və siyasi analitik məqalənini müəllifidir. Hazırda 20-ə qədər elmlər doktoru və fəlsəfə doktorunun elmi tədqiqat işlərinə rəhbərlik edir.

Transmilli medianın və sosial şəbəkələrin dünya siyasətində yeri və rolu barədə yazılmış monoqrafiyanın müəllifidir.

Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər ixtisası (23.00.02) üzrə 20-dən çox doktorluq və namizədlik dissertasiyalarının müdafiəsində rəsmi opponent olub. Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçıdır.

Azərbaycan Respublikasının müasir dünya siyasətində yeri və rolu ilə bağlı elmi tədqiqatlarını davam etdirir.

5 müəlliflik şəhadətnaməsi var (Azərbaycan Respubliksı Müəllif Hüquqları Agentliyi tərəfindən verilib). Bir neçə yerli və beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür. 2008-ci ildən hal-hazıradək “Yeni Azərbaycan” qəzetinin baş redaktorudur. 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin deputatı seçilib.

Ailəlidir, üç övladı var.


VOİCEPRESS
kollektivi olaraq doğum gününüz münasibətilə sizi təbrik edən çoxsaylı dostlarınız və seçicilərinizə qoşularaq ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirik.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here