Erməni müxalifətindən gözlənilən qarışıqlıqla bağlı ilk mesaj: “Bu günü sakit keçirək…”

0
313632

Ermənistanın keçmiş müdafiə naziri, müxalifətə keçən Seyrah Ohanyan bu gün keçirilən parlament seçkilərində iştirak edib.

VOİCEPRESS Ermənistan mətbuatına istinadən bildirir ki, səsverməyə arvadı ilə gələn Ohanyan ölkənin gələcəyinə səs verdiyini deyib: “Mən azad, demokratik, ədaləti Ermənistana səs verdim”.

“Ohanyan-Raffi-Oskanyan” blokunda proporsional siyahıya rəhbərlik edən keçmiş nazir seçkinin gedişində qanun pozuntuları barədə daxil olan məlumatların qərargah tərəfindən araşdırıldığını deyib: “Gəlin bu günü hər şeyin yaxşı olacağı ümidi ilə sakit keçirək. Ümid edək ki, həm ölkə, həm xalq, həm də həbsdə olan döyüşçü yoldaşımız Samvel Babayan üçün hər şey yaxşı olacaq”.

Qeyd edək ki, seçkidə 5 partiya və 4 blok iştirak edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here