Ərdoğandan “edam” mesajı

0
313999

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendum müddəti boyunca səsləndirdiyi “edam” məsələsini bu gün bir daha xatırladıb. VOİCEPRESS-in məlumatına görə, Türkiyə prezidenti referendumdan sonra ilk çıxışını Huber Köşkündə edib.

Əvvəlcə jurnalistlərlə kiçik toplantı keçirən Ərdoğan, daha sonra Köşkün önündə olan insanlara səslənib.

Kütlənin səsləndirdiyi “edam” sözlərinə Ərdoğan aydınlıq gətirib: “Bu məsələni mütləq Baş nazirlə danışacam. Baxçalı və Yıldırım dəstəklədiklərini söyləyiblər. Dəstəkləyərlərsə, qarşıma gətirib qoyarlarsa, mən bunu təsdiqləyərəm. Dəstəkləməsələr nə olacaq? Bir referendum da bunun üçün təşkil edərik!”

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here