Binəli Yıldırım: “İstefa verəcəyəm”

0
314630

Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib ki, konstitusiya dəyişiklikləri ölkənin federal sistemə keçidinə gətirib çıxaracaqsa, istefa verəcək.

VOİCEPRESS xəbər verir ki, Ankarada mitinqdə çıxış edən B.Yıldırım Türkiyənin bu cür sistemə keçidinin mümkün olmadığını deyib.

Baş nazir deyib: “Artıq bir şey uydura bilməyənlər indi deyir ki, Türkiyə referendum nəticəsində unitar sistemdən imtina edəcək. Yəni bir mərkəzi hökumət və çoxlu kiçik hökumətlər olacaq. Əgər bu cür sistem yaranarsa,mən partiya sədri və baş nazir olaraq istefa verəcəyəm”.

B.Yıldırım federallıq məsələsinin Türkiyə üçün çox həssas olduğunu vurğulayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here