Bakıda torpaq qiymətləri dəyişə bilər

26 Aprel, 08:38

Mart ayında Bakıda torpaq bazarında qiymətlər dollarla ifadədə 1.51 faiz artıb, manatla ifadədə 1.2 faiz azalma müşahidə edilib.

VOİCEPRESS bildirir ki, bunu trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə, torpaq qiymətlərində dollarla ifadədə 3.96 faiz artım, manatla ifadədə isə 1.69 faiz azalma var, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlər dollarla ifadədə 1.35 faiz, manatla ifadədə isə 13.78 faiz artıb.

Ekspert bildirib ki, mart ayında torpaq bazarında aktivlik 1.1 faiz artıb. Onun sözlərinə görə, aktivliyin artması öz növbəsində növbəti aylarda qiymətlərin də artmasına səbəb ola bilər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here