“Sabah isə dünya mətbuatı Azərbaycanda jurnalistin qanına qəltan edilməsi haqqında xəbəri önə çıxaracaq “
VOİCEPRESS xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. Bu gün xəbər saytlarında Mətbuat Şurasının “qara” siyahısına düşmüş tanınmayan əyalət qəzetlərdən birinin baş redaktorunun döyülməsi haqqında xəbər yayıldı. “Xəbərin təsdiqi kimi yanına həmin şəxsin üst-başı qanlı şəkli də yerləşdirilib. Sabah isə dünya mətbuatı Azərbaycanda jurnalistin qanına qəltan edilməsi haqqında xəbəri önə çıxaracaq və ölkəmizi insan huquqlarının pozulmasında ittiham edəcəkdir. Hadisənin məişət zəminində baş verdiyini isə yada salmayacaqlar”.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ