3 aylıq uşaq “terrorçu” sayıldı – ABŞ səfirliyi rüsvay olub

0
314563

ABŞ-ın Londondakı səfirliyi Britaniyala lağlağı və ironiya obyekti olub.

Səbəb isə səfirliyin 3 aylıq körpəni istintaqa çağırmasıdır.

VOİCEPRESS The Guardian-a istinadən bildirir ki, uşağın babası səfirlikdə viza almaq üçün anket doldurarkən ailə üzvlərinin adlarını sadalayıb və “Onlardan birinin terror təşkilatı ilə əlaqəsi varmı?” sualına “Hə” yazıb.

3 ayldıq Harvinin babası, 62 yaşlı Pol Kenyon-Keyrns deyib: “Blank dolduranda “Terror fəaliyyəti, şpionaj və ya soyqırımı aidiyyəti varmı?” sualının qarşısına təsadüfən “hə” yazdım. Sonucda nəvəmi səfirliyinə dindirməyə çağırıblar. Hələ də inana bilmirəm ki, onlar nəvəmin 3 aylıq olduğunu, bu körpənin kimsəyə ziyan vura bilməyəcəyini anlamayıblar.

Polun dediyinə görə, ilk əvvəl nəvəsinə narıncı kombinezon (ABŞ həbsxanalarında məhbuslara bu rəngli kombinezon verirlər – red.) geyindirib onu səfirliyə aparmaq istəyib. Lakin sonradan o, fikrindən daşınıb: “Görünür, səfirlik əməkdaşlarının yumor hissi ilə bağlı problemləri var. Əks təqdirdə onlar situasiyanın komikliyini anlayardılar”.

Çeşir qraflığındakı Ponyton şəhərinin sakini olan baba nəvəsini səfirliyinə, dindirilməyə aparıb.

“Nəvəm ağlamadı. Görünür, soyqırım, casusluq və ya başqa cinayətdə əli olmayıb. O, sadəcə, bir neçə pampersə qarşı təxribat törətdi. Səfirlik bunu hələ bilmir”, – Harvi Kenyon-Keyrns gülərək deyib.

ABŞ-ın Florida ştatındakı Orlando şəhərində yollanacaq Pol Kenyon-Keyrns vizanın gecikməsi səbəbindən 3 min funt-sterlinq ziyana düşüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here