Yaponiyanın “Yokohama” klubunun hücumçusu Kadzuesi Miura rəsmi matçlarda iştirak edən ən yaşlı futbolçu kimi tarixə düşüb.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, təcrübəli forvard ingiltərəli Stenli Metyuza yarım əsrdən çox məxsus olmuş rekordu yeniləyib.
Metyuz 50 yaş 5 günlüyündə, Miura isə Yaponiyanın II Liqasında “V-Varen Naqasaki” ilə qarşılaşmada 50 yaş 7 günlüyündə ikən meydana çıxıb. Yaponiyalı qolçu 54-cü dəqiqədə meydanı tərk etdikdən sonra komandalar hərəyə bir qol vurub.
VOİCEPRESS.AZ