XİN-dən Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar BƏYANAT

13 Mart, 19:41

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat verib.

VOİCEPRESS bildirir ki, bəyanatda deyilir: “Azərbaycan Respublikası Abxaziyanın müstəqilliyini və nəticə etibarilə, 12 mart 2017-ci ildə Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışırların davam etdirilməsi zəruridir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here