UEFA reytinqi: Portuqaliya dayandı, Azərbaycan 26-cı pillədə

16 Mart, 10:30

UEFA-nın reytinq siyahısı açıqlanıb.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin son oyunları çərçivəsində keçirilən 4 matçdan sonra cədvəldə dəyişiklik baş verməyib.

Belə ki, keçirilən görüşlər quruma üzv olan 54 ölkədən 5-nin xal hesabını dəyişməsi ilə nəticələnib. Fransa, İngiltərə, İtaliya qələbə, İspaniya ilə Almaniya heç-heçə sayəsində xal aktivini artırıb.

Portuqaliya avrokuboklardakı son təmsilçisini də itirib. “Porto” “Yuventus”a məğlub olub.

Qeyd edək ki, reytinq cədvəlində 26-cı olan Azərbaycanın xal hesabı 17,750-di.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here