Ankara böyük şəhərlərdə 15 mitinq keçirmək niyyətindədir
Türkiyə Almaniya ərazisində siyasətçilərinin bir neçə mitinq keçirilməsini planlaşdırıb.
VOİCEPRESS-in məlumatına görə, bu barədə Almaniyanın Bild qəzeti xəbər yayıb.
Qəzet yazır ki, Türkiyə hökuməti martın sonlarına qədər 15 mitinq keçirmək niyyətindədir.
Almaniyanın Şimali Reyn-Vestfali, həmçinin Berlin, Ştutqart və Hamburq kimi böyük şəhərlərində mitinq olacaq.
Məlumata görə, mitinqlərdə Türkiyənin keçmiş və indiki nazirləri, parlamentarilər, müxtəlif siyasətçilər iştirak edəcək.
VOİCEPRESS.AZ