Tramp Obamanı təhqir etdi

7 Mart, 21:08

ABŞ prezidenti Donald Tramp öz sələfi Barak Obamanı “maymaq” adlandırıb.

VOİCEPRESS-in “Tass”a istinadən verdiyi xəbərə görə, prezident bu barədə mesajını öz “Twitter” hesabında paylaşıb.

Tramp deyib ki, Barak Obamanın prezident olduğu səkkiz il ərzində Rusiya ABŞ-ın “üzərinə gedib” və Obama administrasiyası buna icazə verib.

ABŞ prezidenti əlavə edib ki, Obamanın hakimiyyəti illərində Rusiya gücünü artırıb və Krımı öz ərazisinə birləşdirib.

Tramp: “Rusiya səkkiz il ərzində Obamaya “hücum edib”, daha da güclənib, Krımı alıb, raketlərinin sayını artırıb” deyə mesaj paylaşıb. Daha sonra mesaja “maymaq” sözünü əlavə edərək Obamanı xarakterizə edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here