Tereza Mey teraktda yaralananlara baş çəkdi

23 Mart, 23:09

Böyük Britaniyanın baş naziri Tereza Mey Londondakı terror aktında xəsarət alanları ziyarət edib.
VOİCEPRESS rend-ə istinadən bildirir ki, baş nazir xəsarət alanlar yerləşdirildiyi xəstəxanaya gəlib. O, xəsarət alanlarla, həkimlərlə və tibb personalı ilə görüşüb.

Baş nazirin nümayəndəsi sözlərinə görə, Mey xəstəxanada 40 dəqiqə vaxt keçirib.

Qeyd edək ki, ötən gün Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here