Silah anbarlarında partlayışlar olub – İnsanlar köçürüldü – Ukraynada

23 Mart, 11:00

Xarkov vilayətində döyüş sursatlarının saxlandığı anbarda yanğın olub.
Bu barədə VOİCEPRESS Ukrayna Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Balakleya şəhərində yerləşən silah bazasında yanğın gecə saatlarında qeydə alınıb. Bundan sonra döyüş sursatları partlamağa başlayıb və hazırda partlayışlar davam edir.

Anbarda 138 min ton mərminin saxlandığı bildirilir.

Ölkənin hərbi prokuroru Anatoli Matios hadisəni təxribat adlandırıb.

Yaxınlıqda yaşayan sakinlər təxliyə olunub.

Xəsarət alanlar barədə məlumar verilmir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here