Bu gün Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası yarımçıq tərk etməli olub.
VOİCEPRESS saytı xəbər verir ki, buna səbəb nazirin vacib məsələ ilə bağlı ölkə Prezidentinin yanına çağırılması olub.
Məlumatı parlamentin iclasına sədrlik edən spiker Oqtay Əsədov verib. O deyib:
“Biz Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq, o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu, onu ölkə Prezidenti çağırdı. Biz müzakirələrə başlayaq, Səlim müəllimin müavini də gəlməlidir, gələndə ona da söz verərik”.
VOİCEPRESS.AZ