Sarkisyanı Qarabağda vurdular

2 Mart, 13:07

Ermənistan ordusunun ötən gün ölən əsgəri Qurgen Sarkisyanla bağlı cinayət işi açılıb. VOİCEPRESS news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq komitəsi məlumat yayıb. Əsgərin ölümü ilə bağlı kiçik çavuş həbs edilib. Adı açıqlanmayan çavuş əsgərin ölümündə günahkar bilinib.

Əsgər Qurgen Sarkisyan 2 ay əvvəl – yanvarın 16-da öz hərbçi yoldaşı, kiçik serjant tərəfindən güllələnərək başından yara alıb, martın 1-də isə saat 14:10 radələrində Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hospitalında ölüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here