VOİCEPRESS xəbər verir ki, mart ayının 2-də Gürcüstan Ali Məhkəməsinin ali palatası müxalifət telekanalının 60 faizinin keçmiş sahibkar Kibar Xalvaşiyə verilməsi barədə qərar qəbul edib. Şirkətin 40 faizi isə “Panorama” şirkətinə verilib.
“ABŞ-da Ali məhkəmənin qərarı narahatlıqla izlənilir. Bu qərar müxalifətin səsinin mediada məhdudlaşdıra bilər. Mediaplüarizm Gürcüstanda demokratik inkişaf üçün əsasdır”, deyə yayaılan məlumatda qeyd edilir.
ABŞ səfirliyi həmçinin ölkə rəhbərliyini media mühitinin azadlığın təmin edilməsi üçün səylər görməyə çağırıb.
Gürcüstanın ən reytinqli kanalı ilə bağlı problem 2015-ci ilin avqust ayından başlayıb. Onun çoxsaylı keçmiş sahiblərindən biri, biznesmen Kibar Xalvaşili Tiflis şəhər məhkəməsində iddia qaldıraraq kanalın qaytarılmasını tələb edib. O, 2006-cı ildə kanalı satdıqdan sonra ödənilən vəsaitdən razı qalmadığını açıqlayıb.
Həmin ilin noyabrında iş adamın xeyrinə qərar çıxarıb. Lakin kanalın hazırkı sahibləri növbəti instansiyaya müraciət ediblər. 2016-cı ildə birinci instansiyanın hökmü qüvvədə saxlanılıb. Bundan sonra “Rustavi 2″nin hüquqşünasları Ali məhkəməyə müraciət ediblər. Məhkəmənin iclası bu ilin yanvar ayaına təyin edilib. Lakin sonradan səbəb açıqlanmadan iclas qeyri-müəyyən vaxta kimi təxirə salınmışdı.
VOİCEPRESS.AZ