İrəvandakı rus əsgərlərə qəfil döyüş əmri verildi

13 Mart, 12:42

Rusiya Cənub Hərbi Dairəsi (CHD) ölkənin cənubundakı hərbi bazalarında qəfil döyüş hazırlığı yoxlamasını elan edib. VOİCEPRESS-in məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Dairənin komandanlığı Krasnodar, Stavropol, Həştərxan, Volqoqrad, Karaçay-Çərkəz, Adıgey, Ermənistanda yerləşən hərbi bazalarda döyüş hazırlığı səviyyəsinin qəfil yoxlanmasına başlanılıb”.

Əsas məqsəd bölmələrin verilən tapşırığı yerinə yetirmə hazırlığı, eləcə də hərbi qabiliyyətini müəyyən etməkdir.

Döyüş hazırlığı yoxlamasına 1500 hərbi texnika və 6 mindən çox hərbçi cəlb edilib. “Dairənin poliqonlarında döyüş atışı ilə taktiki təlimlər, hərbi və xüsusi hazırlıqla bağlı tapşırıqlar icra ediləcək”.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Türkiyəni və Azərbaycanı Rusiyanın bazası ilə hədələmişdi. Onun sözlərinə görə, Rusiya və Ermənistanın bərabər qoşun birləşməsinin yaradılması barədə razılaşma və 102-ci bazanın mövcudluğu Türkiyənin Cənubi Qafqaz ərazisindəki proseslərə Türkiyənin cəlb olunmasının mümkünlüyünə ciddi cavabdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here