Rəqiblərimizin oyununda Şimali İrlandiya və Çexiya qalib gəldi

27 Mart, 09:02

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar keçirilib. VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, C, E və F qrupundakı oyunlarla V tura yekun vurulub.

Həftənin son oyun günü Azərbaycan yığmasının yer aldığı C qrupunda da görüşlər baş tutub. Millimiz Almaniyaya məğlub olub, Çexiya asan San-Marino səfərində 6 qol vurub. Norveç isə Şimali İrlandiya səfərində məğlub olub – 0:2.

Bundan başqa, E qrupunda Polşa Monteneqronu məğlub edib.

Şotlandiya ilə Sloveniya arasındakı F qrupunun mərkəzi oyununda isə birincilər seviniblər.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, V tur

26 mart

C qrupu

San-Marino – Çexiya – 0:6

Qollar: Barak, 17, 24, Darida, 19, 77, Cebre Salesie, 26, Krmençik, 43

Azərbaycan – Almaniya – 1:4

Qollar: Nazarov, 31 – Şürrle, 19, 81, Müller, 37, Qomez, 45

Şimali İrlandiya – Norveç – 2:0
Qollar: Vard, 2, Vaşinqoton, 33

E qrupu

Ermənistan – Qazaxıstan – 2:0

Qollar: Mxitaryan, 73, Aras Özbiliz, 75

Monteneqro – Polşa – 1:2

Qol: Muqosa, 63 – Levandovski, 40, Pişçek, 82

Rumıniya – Danimarka – 0:0

F qrupu

İngiltərə – Litva – 2:0

Qollar: Defo, 22, Vardi, 66

Malta – Slovakiya – 1:3
Qollar: Farruqia, 32 – Vays, 2, Qrequs, 41, Nemec, 84

Şotlandiya – Sloveniya – 1:0

Qol: Martin, 88


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here